21:50 09-08-2020
news_image
135
FUTBOL

Braziliyalı hücumçunun transferi rəsmiləşdi – “Keşlə”yə

“Keşlə” növbəti transferini reallaşdırıb.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, Bakı təmsilçisi braziliyalı hücumçu Silvio Rodrigez Perreyra Juniorun keçidini rəsmiləşdirib. 

26 yaşlı futbolçu mövsümün sonuna qədər “Keşlə”nin şərəfini qoruyacaq.

Karyerası ərzində Braziliyanın “Batatais”, Ukraynanın “Çernomorets” və Slovakiyanın “Zlata Morevtse” klublarında oynamış Junior son olaraq Albaniyanın “Vlajniya” komandasında çıxış edib.