22:05 09-08-2020
news_image
3155
FUTBOL

“Qarabağ”ın rəqibi darmadağınla başladı - VİDEO

Çempionlar Liqasında Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi olan Şimali Makedoniyanın “Sileks” klubu yeni mövsümdə ilk oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Kratovo təmsilçisi ölkə çempionatının 2020/21 mövsümünün ilk turuna çıxıb.

Qoran Simovun yetirmələri səfərdə “Belasitsa” ilə qarşılaşıb. “Sileks” bu görüşdə böyükhesablı qələbə qazanıb – 6:0. Kratovoluların heyətində Denis Ristovla Stefan Curiç hərəyə 2, İvan İvanovski və Pepi Qorqiyev hərəyə 1 qol vurub.

İlk turdan top fərqinə görə liderliyi ələ alan “Sileks” II turun avqustun 16-dakı qarşılaşmasında “Pelister”i qəbul edəcək.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də və ya 19-da keçirilməlidir.