10:12 10-08-2020
news_image
101
FUTBOL

“Yuventus”dan gedir - Matuidi

İtaliyanın “Yuventus” klubu futbolçusu Blez Matuidi ilə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi yeni baş məşqçi Andrea Pirlonun planlarına daxil deyil.

33 yaşlı futbolçu Fransa Liqa1 və MLS klublarından təkliflər alıb. “Yuventus”da ilə 3,5 milyon avro qazanan Matuidi bu variantlardan birini seçəcək.

Qeyd edək ki, Blezin “Yuventus”la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.