
00:44
AFFA Azərbaycan Premyer Liqasında çıxış edən klublara top verib.
Apasport.az-ın assosiasiyanın saytına istinadən məlumatına görə, bu, qurumla “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində gerçəkləşib.
Klubların hərəsinə AFFA tərəfindən 50 ədəd top verilib. Bu, 2020/21 mövsümündə istifadə üçün nəzərdə tutulub.
Qeyd edək ki, mövcud əməkdaşlıq çərçivəsində ötən mövsüm də Peşəkar Futbol Liqasına və Premyer Liqa klublarına “Nike” topları təqdim olunub.