12:27 10-08-2020
news_image
140
FUTBOL

Premyer Liqadan hücumçu alır - “Latsio”

İtaliyanın “Latsio” klubu hücum xəttini gücləndirməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi İngiltərə “Bernli”sinin hücumçusu Kris Vudu heyətinə qatmaq istəyir.

Premyer Liqanın son mövsümündə 32 oyun keçirən forvard 14 qol vurub. Onun transferinin 14,5 milyon avroya başa gələcəyi gözlənilir.

Qeyd edək ki, Roma təmsilçisi ispaniyalı David Silva ilə də müqavilə imzalamağa yaxındır.