14:23 10-08-2020
news_image
358
FUTBOL

“Beşiktaş”ın rəqibi bəlli oldu - Çempionlar Liqasında

Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 13 cüt müəyyənləşib.

Bunlardan 10-u Çempionlar yolunda üz-üzə gələcək. I təsnifat mərhələsinin 17 cütü və həmin raunddan azad olan 3 komanda qüvvəsini sınayacaq.

Azərbaycan çempionu “Qarabağ”ın Şimali Makedoniya təmsilçisi “Sileks”lə cütünün mümkün rəqibi də bəlli olub. Ağdamlılar turu adlasa, “Şerif” (Moldova)/"Fola" (Lüksemburq) cütünün qalibi ilə evdə görüşəcək.

Liqa yolunda 3 cüt müəyyənləşib. Avrokuboklara bu mərhələdən başlayacaq 6 komanda sırasında yer alan Türkiyə “Beşiktaş”ı PAOK (Yunanıstan) ilə üz-üzə gələcək. İstanbul təmsilçisi rəqibi ilə səfərdə qarşılaşacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları avqustun 25-26-da keçiriləcək.

Çempionlar Liqası
2020/21 mövsümü
II təsnifat mərhələsi
Çempionlar yolu

“Floriana” (Malta)/ÇFR (Rumıniya) cütünün qalibi - “Dinamo” (Zaqreb, Xorvatiya)
“Yanq Boyz” (İsveçrə) - “Klaksvik” (Farer adaları)/“Slovan” (Slovakiya) cütünün qalibi
“Seltik” (Şotlandiya)/“Reykyavik” (İslandiya) cütünün qalibi - “Ferensvaroş” (Macarıstan)/ "Yurqorden" (İsveç) cütünün qalibi
“Flora” (Estoniya)/“Suduva” (Litva) cütünün qalibi - “Makkabi” (Təl-Əviv, İsrail)/“Riqa” (Latviya) cütünün qalibi
“Legiya” (Polşa)/“Drita” (Kosovo)// “Linfild” (Şimali İrlandiya) cütünün qalibi - “Ararat” (Ermənistan)/“Omoniya” (Kipr) cütünün qalibi
"Çelye" (Sloveniya)/“Dandolk” (İrlandiya) cütünün qalibi - “Molde” (Norveç)/“KuPS” (Finlandiya) cütünün qalibi
“Buduçnost” (Monteneqro)/“Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi - “Midtülland” (Danimarka)
“Dinamo” (Brest, Belarus)/“Astana” (Qazaxıstan) cütünün qalibi - “Konnah” (Uels)/“Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi
“Qarabağ” (Azərbaycan)/“Sileks” (Şimali Makedoniya) cütünün qalibi - “Şerif” (Moldova)/"Fola" (Lüksemburq) cütünün qalibi
“Dinamo” (Tbilisi, Gürcüstan)/"Tirana" (Albaniya) cütünün qalibi - “Srvena Zvezda” (Serbiya)/“Europa” (Cəbəllütariq) cütünün qalibi

Liqa yolu
“Alkmaar” (Niderland) - “Viktoriya” (Çexiya)
PAOK (Yunanıstan) - “Beşiktaş” (Türkiyə)
“Lokomotiv” (Zaqreb, Xorvatiya) - “Rapid” (Vyana, Avstriya)