16:44 10-08-2020
news_image
160
FUTBOL

“Avropa Liqasında asan rəqib yoxdur” - Zaur İsmayılov

“Keşlə”nin baş məşqçisi Zaur İsmayılov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, klubunun mətbuat xidmətinə açıqlama verən müvəqqəti çalışdırıcı qarşılaşacaqları Albaniya “Laçi”sini asan rəqib saymır. 

Onun sözlərinə görə, Avropa Liqasında asan rəqib yoxdur: “Oyuna çox ciddi hazırlaşmalıyıq. Artıq “Laçi” komandasını analiz etməyə başlamışıq. Bilirik ki, çox yaxşı futbolçulara malik bir kollektivdir. Bütün xətlərdə güclü oyunçuları var”.

Qeyd edək ki, “Keşlə” “Laçi” ilə avqustun 27-də Bakıda oynayacaq.