17:22 10-08-2020
news_image
579
FUTBOL

“Hər hansı səhv uğursuzluğa səbəb ola bilər” – “Neftçi”nin baş məşqçisi

"Hər bir rəqib təhlükəlidir”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov deyib.

Gənc çalışdırıcı klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Məmmədov Şimali Makedoniya təmsilçisi “Şkupi”ni qəbul edəcək komandasının əsas üstünlüyünün evdə oynamağı olduğunu bildirib: “Düzdür, "Şkupi” kağız üzərində digər rəqiblərlə müqayisədə zəif görünə bilər. Amma əsas üstünlüyümüz odur ki, evdə oynayacağıq. Hər rəqib üçün xüsusi hazırlaşmaq lazımdır. Futbolçularımız bu oyuna tam köklənməlidirlər. Səhv etmək olmaz. Futbolçularımız sıxılmamalıdırlar, amma çox rahatlaşmaq da olmaz. Lazımi qədər həm diqqətli, həm də sərbəst olmalıyıq. Xüsusilə müdafiədə səhv etmək olmaz. Çünki mərhələnin taleyi bir oyundan ibarətdir. Təbii ki, hücum etməliyik, amma müdafiəni unutmamaq şərti ilə. Müdafiədə və ya mərkəzdə hər hansı səhv uğursuzluğa səbəb ola bilər. Ağıllı oynayıb qalib gəlməliyik”.

Qeyd edək ki, "Neftçi” – "Şkupi” (Şimali Makedoniya) oyunu avqustun 27-də "Bakcell Arena”da keçiriləcək.