17:46 10-08-2020
news_image
210
FUTBOL

Qələbəyə həsrət - “Şkupi”

Azərbaycanın ən titullu klubu “Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şkupi” gənc komandadır.

Apasport.az saytının məlumatına görə, Şimali Makedoniya təmsilçisinin cəmi 8 yaşı var.

2012-ci ildə yaranan klub Çair şəhərində məskunlaşıb. Ev oyunlarını 6 min tamaşaçı tutumuna malik “Çair” stadionunda keçirən komanda yarışlara 3-cü liqadan başlayıb. Üç ilə elitaya qalxan komanda 2015/16 mövsümündə 1-ci liqada debüt edib. “Şkupi”nin ən yaxşı nəticələri 2017/18 və 2018/19 mövsümlərinə təsadüf edib. Hər iki halda komanda 4-cü olub. Kubokdakı rekordu 1/4 finala vəsiqə olar çairlilər buna 2016/17 mövsümündə imza atıb.

“Şkupi” yarımçıq qalan ötən mövsümdə 5-ci yeri tutub. Lakin “Vardar”ın avrokuboklara buraxılmaması, kubokda qalibin olmaması 5-ci yer sahibinin Avropaya yolunu açıb.

Bu, “Şkupi” Avropa Liqasında 3-cü cəhdi olacaq. 2018-ci ildə Şotlandiya “Reyncers”inə (0:0, 0:2), ötən il Ermənistan “Pünik”inə (1:2, 3:3) “boyun əyən” makedoniyalılar Avropada qələbəyə həsrətdir.

Baş məşqçi Qatib Osmaninin yetirmələri yeni mövsümə “Şkendiya” ilə duellə başlayıb. Çempionatın ilk turunda məhsuldar heç-heçə qeydə alınıb – 2:2. “Neftçi”nin rəqibi növbəti matçını avqustun 16-da evdə “Makedoniya”ya qarşı keçirəcək.