18:00 10-08-2020
news_image
228
FUTBOL

“Şansımızı axtaracağıq” - “Şkupi”nin məşqçisi

“Bizim dörd komandamızdan üçü Azərbaycana gedir. Əgər biz – “Şkupi”, “Şkendiya” və “Sileks” özünə rəqib seçmək imkanına malik olsaydıq, belə seçim etməzdik”.

Apasport.az saytının məlumatına görə, bunu Şimali Makedoniyanın “Şkupi” klubunun məşqçisi Muarem Bayrami deyib.

Mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib. O, Azərbaycan təmsilçisi “Neftçi”yə qarşı Bakıdakı görüş barədə fikirlərini açıqlayıb: “Bu, bizim qismətdir. “Neftçi” evdə oynadığı üçün üstünlüyə malik ola bilər. Amma biz də öz şansımızı axtaracağıq. Əmin olun ki, burada heç bir tapmaca yoxdur. Oyunun keçiriləcəyi günə kifayət qədər vaxt var. Yaxşı hazırlaşmaq, rəqibi analiz etmək olar. “Reyncers” və “Pünik”lə son illərdəki oyunlarda uduzsaq da, yaxşı oynamağı bacardığımızı göstərdik. Mən yalnız gərgin mübarizə vəd edə bilərəm. Ümid edirəm ki, Makedoniya futbolunu Avropada layiqincə təmsil edəcəyik”.

Qeyd edək ki, “Neftçi” – “Şkupi” matçı avqustun 27-də keçiriləcək.