20:53 10-08-2020
news_image
244
FUTBOL

“Sabah” qalib gəldi - Canni De Byazi izlədi

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünə hazırlaşan klubların iştirakı ilə yoxlama oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası ilə bağlı açıq havada idman yarışlarının təşkilinə qoyulan qadağa götürüldükdən sonra Bakıda ilk görüş keçirilib.

“Sabah” öz meydanında “Qəbələ” ilə üz-üzə gəlib. “Əlincə Arena”dakı görüş koronavirus pandemiyasına görə qapalı şəraitdə keçirilib.

Matçı izləyən azsaylı tamaşaçılar arasında Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazi də olub. Bu gün ölkəmizə gələn italiyalı paytaxtdakı görüşü canlı seyr edib.

Qarşılaşmaya gəlincə, hər hissədə bir qol vuran paytaxt təmsilçisi ev oyunundan qalib ayrılıb – 2:0.

Qeyd edək ki, bu, komandaların uzun fasilədən sonra Bakıda keçirdikləri ilk oyundur. Bunadək hər iki klub hazırlığını Qəbələdə gerçəkləşdirib.

Yoxlama oyunu
10 avqust
19:00. “Sabah” – “Qəbələ” – 2:0

Abbas Ağazadə, Məhəmməd Mirzəbəyov