23:06 10-08-2020
news_image
351
FUTBOL

Prosineçki özünə iş tapdı – Super Liqada

Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi xorvatiyalı mütəxəssis Robert Prosineçkinin təyinatını açıqlayıb.

Ötən mövsümün gedişində “Kayserispor”un baş məşqçisi təyin olunan, lakin komandası ilə sonuncu yeri tutan 51 yaşlı mütəxəssis “yaşıl-qaralar”ın “sükanı arxası”na keçib. Onunla müqavilə avqustun 14-də imzalanacaq.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Kayseri təmsilçisində keçirdiyi 19 matçda 6 qələbə, 5 heç-heçə və 8 məğlubiyyətə şahid olub.