09:14 11-08-2020
news_image
108
FUTBOL

Rumıniyaya qayıtdı - “Səbail”dən ayrılan futbolçu

“Səbail”dən yenicə ayrılan Eriko da Silvanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, braziliyalı mərkəz müdafiəçisi Rumıniyaya qayıdıb.

31 yaşlı oyunçu adıçəkilən ölkənin UTA klubu ilə müqavilə imzalayıb. Elita komandasına keçidi ilə bağlı təəssüratlarını bölüşən Eriko Rumıniyaya qayıtdığı üçün xoşbəxt olduğunu söyləyib.

Qeyd edək ki, 2019/20 mövsümünü “Səbail”də keçirən Eriko da Silva daha əvvəl Rumıniyada “Universitatya Kluj”, “Astra” və “Panduri”nin formasını geyinib.