10:28 11-08-2020
news_image
192
FUTBOL

Heyətini gücləndirir – “Neftçi”nin rəqibi

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şkupi” heyətini gücləndirməyə çalışır.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq müdafiəçisi Elvin Yunuszadə ilə anlaşan Şimali Makedoniya klubu daha 2 oyunçunu heyətə qatmaq niyyətindədir.

Bunlar “Vardar”ın sağ cinah müdafiəçisi Vladika Brdarovski və yarımmüdafiəçisi Ali Ademdir. “Şkupi”nin idman direktoru Omer Bunyaku hazırda adıçəkilən oyunçuların transferi üçün qarşı tərəflə danışıqlar aparır. Çair təmsilçisi həmçinin “Vardar”ın pleymeykeri Daniel Avramovski ilə də maraqlanır. Lakin 25 yaşlı oyunçu legioner həyatı yaşamağa hazırlaşır.

Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu 20:00-da başlayacaq.