11:26 11-08-2020
news_image
87
FUTBOL

Daha bir futbolçusu koronavirusa yoluxdu – “Feyenoord”un

“Feyenoord”un daha bir futbolçusu koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Niderland klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Oyunçunun adı açıqlanmayıb. Ancaq onun “Sparta” ilə yoxlama görüşündə iştirak etdiyi bildirilir. Həmin futbolçunun ötən həftəsonu testdən keçdiyi və cavabının neqativ çıxdığı vurğulanıb. “Feyenoord” rəhbərliyi yoluxma ilə bağlı “Sparta”nı da artıq məlumatlandırıb.

Qeyd edək ki, avqustun 7-də “Feyenoord”un bir futbolçusunda koronavirus aşkarlandığı açıqlanmış və həmin oyunçu karantinə alınmışdı.