13:12 11-08-2020
news_image
312
FUTBOL

Üç futbolçusu ilə danışıqları dayandırdı, biri ilə davam – “Sumqayıt”

“Sumqayıt”da daha 3 futbolçunun aqibəti bəlli olub.

Apasport.az saytının məlumatına görə, söhbət müdafiəçilər Rail Məlikov, İlqar Qurbanov və hücumçu Amil Yunanovdan gedir.

Müqavilə müddəti başa çatan adıçəkilən yerli oyunçular “gənclik şəhəri” təmsilçisinə lazım olmayıb. Bu üzdən Avropa Liqası iştirakçısı onlarla yeni saziş bağlamamaq qərarına gəlib.

Anlaşması bitən digər futbolçulardan Əmir Ağayevin durumu hələ də qeyri-müəyyən olaraq qalır. İsrailli yarımmüdafiəçi son təklifi qəbul etməsə də, rəhbərlik onunla danışıqları dayandırmayıb. Ötən mövsümü icarə əsasında keçirən hücumçu Peyman Babayini isə müqavilə ilə məxsus olduğu “Maşinsazi” klubu “Sumqayıt”a buraxmaq istəmir.

Qeyd edək ki, “Sumqayıt” buna qədər Şəhriyar Əliyev, Aleksey İsayev, Sərtan Taşkın, Elvin Cəfərquliyev və Mehdi Şərifi ilə vidalaşıb.