21:53 11-08-2020
news_image
1298
FUTBOL

"Sabah"ın ilk məğlubiyyəti - "Qarabağ" revanşı aldı

Təlim-məşq toplanışını davam etdirən “Qarabağ”la “Sabah” bu gün növbəti yoxlama görüşünə çıxıb.

Apasport.az saytının məlumatına görə, son çempionla paytaxt klubu bu dəfə Bakıda üz-üzə gəlib.

İyulun 25-də Qəbələdə keçirilən görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olan ağdamlılar bu dəfə revanşı alıblar. “Azersun Arena”da baş tutan matçda Qurban Qurbanovun yetirmələri iki cavabsız qolla qalib gəliblər. Yeni transfer Uroş Matiç ilk hissədə penaltidən hesabı açıbsa, fasilədən sonra Mahir Emreli fərqi 2 topa çatdırıb - 2:0.

Bununla "Sabah" mövsümlərarası fasilədəki yoxlama görüşlərində ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, “Sabah” toplanış çərçivəsində buna qədər keçirdiyi yoxlama görüşlərinin hamısında qələbə qazanıb – “Sumqayıt” (1:0), “Neftçi” (5:2), “Qəbələ” (2:0). “Qarabağ” isə iki dəfə “Keşlə”ni (3:1, 4:0), bir dəfə də “Neftçi”ni (1:0) üstələyib.

Yoxlama görüşü
11 avqust
20:00. “Qarabağ” – “Sabah” - 2:0

Qollar: Uroş Matiç (pen.), Mahir Emreli
“Azersun Arena”