14:27 11-08-2020
news_image
122
FUTBOL

“Yuventus”da itki – noyabrda qayıdacaq

“Yuventus”un müdafiəçisi Mattiys de Liqt sıradan çıxıb.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu çiynindən xəsarət alıb.

Turin klubunun həkimləri Niderland millisinin üzvünün əməliyyat olunmasını qərara alıb. Bu isə gənc oyunçunun noyabra qədər komandada ayrı qalmasına səbəb olacaq. De Liqt yalnız həmin tarixdə meydana çıxa biləcək.

Qeyd edək ki, “Yuventus” Çempionlar Liqasında 1/8 final mərhələsində mübarizəni dayandırsa da, İtaliya A seriyasında növbəti dəfə çempion olub.