14:52 11-08-2020
news_image
274
FUTBOL

Məşqçilər heyəti tam formalaşdı - yığmamızın

Azərbaycan millisinin məşqçi heyəti tam tərkibdə formalaşıb.

Apasport.az xəbər verir ki, AFFA rəsmi saytı vasitəsilə yeni baş məşqçi Canni de Byazinin köməkçilərini açıqlayıb.

İtaliyalı mütəxəssisin əsas köməkçiləri həmyerliləri Benito Karbone, Klaudio Beluççi və yerli məşqçi Arif Əsədov olacaq. Dmitri Kramarenko qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

Digər italiyalılardan Alessandro Skayya fiziki hazırlıq üzrə məşqçi funksiyasını icra edəcəksə, Federiko Turitsiani videoanalitik olacaq.

Qeyd edək ki, AFFA adıçəkilən məşqçilərlə il yarımlıq müqavilə imzalayıb.