16:44 11-08-2020
news_image
160
FUTBOL

Canni De Byazi ilə görüşdü - Elxan Məmmədov

Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə görüşüb. 

Apasport.az AFFA-nın saytına istinadən məlumatına görə, görüşdə milli komanda ilə bağlı bir sıra məsələlər müzakirə olunub, UEFA Millətlər Liqası və dünya çempionatının seçmə mərhələsi barədə fikir mübadiləsi aparılıb. 

Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində İcraiyyə Komitəsi tərəfindən ona göstərilən etimada görə təşəkkür edib.