17:14 11-08-2020
news_image
284
FUTBOL

Belçikalı hücumçunu transfer etdi – “Yuventus”

“Anderlext”in hücumçusu Samuel Mbanqula karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 16 yaşlı futbolçu “Yuventus”a keçib.

Belçikanın U-17 millisinin üzvü Turin klubu ilə 3 illik müqavilə imzalayıb. Mbanqula növbəti mövsümü “qoca sinyora”nın U-17 komandasında keçirəcək.

Qeyd edək ki, “Yuventus” baş məşqçi postunda dəyişiklik edərək, Mauritsio Sarrinin əvəzinə Andrea Pirlonu gətirib.