18:01 11-08-2020
news_image
188
FUTBOL

Sançoya alternativ – Usman Dembele

Dortmund “Borussiya”sının vingeri Ceydon Sanço ilə anlaşa bilməyən “Mançester Yunayted” alternativ axtarışına başlayıb.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” indi də “Barselona”nın futbolçusu Usman Dembeleyə “elçi düşüb”.

Sançodan hələ də əlini üzməyən “mankunianlar” eyni zamanda Dembele üçün danışıqlara start verib. Premyer Liqa təmsilçisi 23 yaşlı oyunçunu birdəfəlik transfer etmək şərti ilə 1 illik icarəyə götürməyi planlaşdırır. Kataloniya klubu onu 56 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Usman Dembele “Barselona”ya 2017-ci ildə Dortmund “Borussiya”sından keçib.