22:44 11-08-2020
news_image
134
FUTBOL

Lissabona yollandı - ayağı sınan baş məşqçi

PSJ-nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 final mərhələsində "Atalanta" ilə oyunda komandanın sükanı arxasında olacaq.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis komanda ilə birlikdə matçların keçiriləcəyi Portuqaliyaya yollanıb.

Məşq zamanı topuğundan xəsarət almasına və ayağında sınıq aşkarlanmasına baxmayaraq, 47 yaşlı çalışdırıcı final mərhələsində komandaya rəhbərlik edə biləcək.

Qeyd edək ki, sabah Lissabonda keçiriləcək "Atalanta" - PSJ oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək.