
01:55
Meksika klubu "Tlaskala" maraqlı addımla gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, III divizion komandası diqqəti özünə cəlb etmək üçün tvitter səhifəsi vasitəsilə "Yuventus"un hücumçusu Kriştianu Ronaldonu "transfer etdiyini" yayıb.
Meksikalılar portuqaliyalı superulduzun klubun formasında şəklini paylaşaraq "Kriştianu, sən bizim liderimizsən, bu formada əla görünürsünüz. Xahiş edirik, "Yuventus"dan zəngimizə cavab verməsini istəyin", yazıblar.
Qeyd edək ki, "Yuventus"la A seriyasının qalibi olan Kriştianu Ronaldo 2019/20 mövsümündə klubun ən yaxşı futbolçusu seçilib.