09:25 12-08-2020
news_image
129
FUTBOL

Konteyə əvəzləyici tapdı – “İnter”

“Portu”nun baş məşqçisi Serjio Konseysao yenidən “İnter”ə qayıda bilər.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssisin bu dəfə baş məşqçi kimi “neradzurra”da çalışması gündəmdədir.

İtaliya klubunun baş direktoru Beppe Marotta onu hazırkı çalışdırıcı Antonio Konteyə mümkün alternativ qismində görür. Yeganə problem “Portu” ilə müqaviləsi davam edən Konseysaonun təzminat məbləğinin 20 milyon avro olmasıdır. Kontenin rəhbərliklə və futbolçularla münasibətindən narazı qalan rəhbərlik onunla yolları ayırmağı planlaşdırır.

Qeyd edək ki, Serjio Konseysao 2001-2003-cü illərdə “İnter”in formasını geyinib.