09:31 12-08-2020
news_image
109
FUTBOL

Həftənin oyunçusu adına namizədlər – Avropa Liqasında

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA 1/4 final matçlarından sonra 4 futbolçunu ən yaxşı adına namizəd seçib.

Bunlar Tayson (“Şaxtyor”), Karl-Yohan Yonsson (“Kopenhagen”), Nikolo Barella (“İnter”) və Lukas Okamposdur (“Sevilya”). Bu futbolçulardan yalnız qapıçı Karl-Yohan Yonssonun formasını geyindiyi “Kopenhagen mübarizəni dayandırıb.

Qeyd edək ki, “İnter”, “Şaxtyor”, “Mançester Yunayted” və “Sevilya” Avropa Liqasında yarımfinala adlayıb.