09:49 12-08-2020
news_image
160
FUTBOL

Azərbaycanlı hücumçu yenidən gündəmə gəldi - İngiltərə klubunda

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yenidən İngiltərə klubu “Koventri”nin diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, Çempionşip təmsilçisi “Vulverhempton”un forvardı üçün hərəkətə gəlib.

“Koventri” rəhbərliyinin gündəmdəki digər hücumçularla danışıqları mənfi nəticələndiyindən, Dadaşov növbəti dəfə transfer hədəfinə çevrilib. Klub onu “Vulverhempton”dan icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, Renat Dadaşov “Vulverhempton”un əsas komandasına cəlb olunsa da, hələlik rəsmi debüt edə bilməyib.