10:58 12-08-2020
news_image
175
FUTBOL

Yeni transfer – “Neftçi”nin rəqibindən

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şkupi” heyətini gücləndirməkdə davam edir.

Apasport.az saytının məlumatına görə, Şimali Makedoniya təmsilçisi daha bir oyunçu ilə anlaşıb.

Çairlilər Albaniyanın “Vlajniya” klubunun sağ cinah müdafiəçisi Filip Qliqorovu transfer edir. 2016-cı ildə “Şkupi”də çıxış etmiş 27 yaşlı futbolçu sabiq komandasına qayıdır. Məşqçilər korpusu onun avrokubokda kollektivə köməyinin dəyəcəyini düşünür. Tezliklə keçidin rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, avqustun 27-də keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.