11:18 12-08-2020
news_image
172
FUTBOL

“Keşlə” ilə oyunöncəsi problem – “Laçi”də

“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Laçi” heyətlə bağlı problemlə üzləşib.

Apasport.az saytının Albaniya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Armando Kunqunu müdafiə xəttindəki çatışmazlıqlar narahat edir.

Xüsusən də, müdafiənin sağ cinahı hələ də gücləndirilməyib. Abdurrahman Fanqay zədədən əziyyət çəkdiyindən, çalışdırıcı həmin mövqedə dəyişiklik etməli olacaq. Yeni oyunçu alınmasa, “Keşlə” ilə qarşılaşmada yarımmüdafiəçi Ardit Deliu ilk dəfə müdafiənin sağında çıxış edəcək.

Klub rəhbərliyi eyni zamanda mərkəz müdafiəçisi Eqlentin Qyoni və yarımmüdafiəçi Bedri Qrekanın gedişindən sonra onların boşluğunu doldurmağa çalışır.

Qeyd edək ki, “Keşlə” – “Laçi” oyunu avqustun 27-də “ASK Arena”da keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.