11:59 12-08-2020
news_image
110
FUTBOL

Məşqi boykot edən futbolçu FİFA-ya şikayət edəcək – “Beşiktaş”dan

“Beşiktaş”ın daha bir futbolçusu FİFA-ya şikayət edə bilər.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Adem Lyayiç komandanın məşqlərinə qatılmır.

İstanbul təmsilçisi Serbiya millisinin üzvünün zədəli olduğunu bəyan etsə də, həqiqət heç də bundan ibarət deyil. Məsələ burasındadır ki, Lyayiç maaşını vaxtında ala bilmədiyi üçün məşqi boykot edib. Ödənişlərlə bağlı gecikmələr davam edərsə, 29 yaşlı hücumameyilli oyunçu FİFA-ya şikayət edə bilər.

Qeyd edək ki, “Beşiktaş”ın 4 sabiq oyunçusu Loris Karius, Vaqner Lav, Taliska, Şinji Kaqava və keçmiş məşqçisi Quti klubdan FİFA-ya şikayət edib. Hazırda onlarla bağlı araşdırmalar davam etdirilir.