13:35 12-08-2020
news_image
853
DİGƏR NÖVLƏR

Təlim-məşq toplanışı başlayır - millimizin

COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejiminin yumşaldılması çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 avqust tarixindən etibarən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verməsi velosiped idmanı üzrə U-23 və gənclər yığmamızın üzvlərinin Tovuz rayonuna təlim-məşq toplanışına yollanmasına şərait yaradıb. 

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidməti yayıb. 

Bildirilir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun sonunadək Tovuzda hazırlıq keçəcək milli üzvlərimizin sentyabrda Türkiyədə təşkil olunacaq bir neçə beynəlxalq turnirdə, həmçinin İsveçrədə baş tutacaq dünya çempionatında iştirakı planlaşdırılır.

Qeyd edək ki, Fransa hökumətinin 2 həftəlik karantin tələbi səbəbindən yığma komandamız avqustun 24-28-də bu ölkədə təşkil ediləcək Avropa çempionatında iştirak edə bilməyəcək.