13:46 12-08-2020
news_image
129
FUTBOL

Debütant olacaq – Azərbaycanla oyunda

Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Kipr yığmasına yeni futbolçu çağırılacaq.

Apasport.az saytının məlumatına görə, “Hibernian” klubunun müdafiəçisi Aleks Qoqiç gələn ay baş tutacaq rəsmi oyunlarda ilk dəfə heyətdə yer alacaq.

Kipr yığmasının baş məşqçisi Yohan Valem məhz Qoqiçə görə “Hibernian”ın oyunlarını izləyir və 26 yaşlı oyunçunun performansından məmnundur. Bu üzdən çalışdırıcı sentyabrda Monteneqro və Azərbaycanla keçiriləcək matçlarda ona şans verməyi düşünür. U-19 və U-21 millisinin sabiq üzvü həmin vaxta qədər zədələnməsə, ilk dəfə əsas komandaya çağırılacaq.

Qeyd edək ki, C liqasının 1-ci qrupunda yer alan Kipr yığması sentyabrın 5-də Monteneqronu, 8-də Azərbaycanı qəbul edəcək. Millimiz ilk matçında isə sentyabrın 5-də Lüksemburqla Bakıda qarşılaşacaq.