14:20 12-08-2020
news_image
103
FUTBOL

Braziliyalı futbolçunu transfer etdi – “Trabzonspor”

“Fluminense”nin müdafiəçisi Marlon Rodriges Xavyer karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu “Trabzonspor”a keçib.

Qara dəniz təmsilçisi 23 yaşlı sol cinah oyunçusunu icarəyə götürüb. Onunla müqavilə 1+3 illik imzalanıb. Yəni Marlon 2020/21 mövsümündə özünü yaxşı tərəfdən göstərə bilsə, “bordo-mavililər” onu birdəfəlik transfer edəcək və 2024-cü ilin yayına qədər sözləşmə imzalayacaq.

Bir illik icarəyə keçid “Fluminense”yə 150 min avro qazandırıb. Futbolçunun illik məvacibi isə 480 min avro olacaq. Transfer reallaşarsa, Marlonun maaşı artırılacaq və “Fluminense” daha 2 milyon avro qazanc götürəcək.

Qeyd edək ki, Marlon Rodriges Xavyer 2017-ci ildən “Fluminense”də çıxış edib.