15:11 12-08-2020
news_image
129
FUTBOL

Yeni loqosu təqdim olundu - Azərbaycan Premyer Liqasının

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün loqosu təqdim edilib.

Apasport.az saytının məlumatına görə, mərasim çempionatın püşkatması zamanı baş tutub.

Yeni loqo 4 elementin vəhdətidir: 
1) Alov – “Odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir;
2) Dalğavari hissə – Xəzər dənizinə işarədir;
3) Qartal – Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir;
4) Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yen mövsümü avqustun 21-də start götürəcək.