15:28 12-08-2020
news_image
285
FUTBOL

Ramin Musayev: “Bizdən üst qurumların qərarına əməl edəcəyik” - MÜSAHİBƏ

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün püşkatma mərasimindən sonra “CBC Sport” telekanalının suallarını cavablandırıb.

Apasport.az saytının məlumatına görə, qurum rəhbəri avqustun 21-də baş tutacaq 1-ci tur matçlarından sonra çempionatda fasilə yaranacağını söyləyib.

- Komandalardan hər hansı birində koronavirusa yoluxma halı baş verərsə, vəziyyət necə tənzimlənəcək?
- Elə bir anı yaşamaq istəməzdik. Bu baş verərsə, bizdən üst qurumların qərar və tövsiyələrinə əməl edəcəyik. Bu, bizdən asılı olmayan qərar olacaq.

- Klublar müraciət edərsə, avrokuboka görə, hansısa təxirəsalma ola bilərmi?
- Milli komandaya yeni təyin olunan baş məşqçinin dediyinə görə, komandanı avqustun 28-də toplamaq fikrindədir. Onun fikrinə hörmətlə yanaşaraq, qərara gəldik ki, 2-ci turu toplanışdan sonra keçirək. Əslində fikrimiz var idi ki, ayın 30-da 2-ci turu keçirək. Ancaq milli komanda ilə əlaqədar 2-ci tur yığmanın matçlarından sonra olacaq.

- Bu mövsüm titul sponsoru olmayacaq, yoxsa çempionatın gedişində yeni sponsorla anlaşma əldə edilə bilərmi?
- Pandemiya hamı kimi, bizə də təsir etdi. Bir şirkətlə martda uzunmüddətli müqavilə planlaşdırırdıq. Ola bilər ki, həmin şirkətlə yenidən danışıq aparıb, sövdələşmə bağladıq.