16:30 12-08-2020
news_image
189
FUTBOL

Ukrayna klubunda qaldı – millimizin futbolçusu

Azərbaycan millisinin futbolçusu Pavel Paşayev “Aleksandriya”da qalıb.

Apasport.az xəbər verir ki, bu barədə Ukrayna klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, müdafiəçi klubu ilə müqavilənin müddətini uzadıb. Anlaşmaya əsasən, 32 yaşlı oyunçu daha bir il “Aleksandriya”nın formasını geyinəcək. Onunla yanaşı, daha 4 futbolçu ilə yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Pavel Paşayev 2017-ci ildən “Aleksandriya”da çıxış edir.