17:02 12-08-2020
news_image
132
FUTBOL

Aşağı liqadan oyunçu aldı - “Keşlə”nin rəqibi

“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Laçi” yeni futbolçu transfer edib.

Apasport.az saytının məlumatına görə, Albaniya klubu “Devolli”nin yarımmüdafiəçisi Kleydi Raponu heyətinə cəlb edib.

26 yaşlı cinah oyunçusu “Partizani”dən təklif almasına baxmayaraq, “Laçi”nin təklifini müsbət cavablandırıb. Futbolçu 2017-ci ildən bəri aşağı liqa təmsilçisində çıxış edib.

Qeyd edək ki, avqustun 27-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” oyunu saat 21:00-da başlayacaq.