17:26 12-08-2020
news_image
222
FUTBOL

Kamal Bayramovla yollarını ayırdı – “Səbail”

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb. 

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qapıçı Kamal Bayramov paytaxt təmsilçisi ilə vidalaşıb. 

Müqavilə müddəti başa çatan 35 yaşlı qolkiperin karyerasını Bakının digər komandası “Keşlə”də davam etdirməsi gözlənilir.

Qeyd edək ki, Kamal Bayramov “Səbail”ə ötən ilin yayında “Zirə”dən keçib.