
Azərbaycan Premyer Liqasında I turun oyun cədvəli müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, açılış turu 3 günü əhatə edəcək.
Mövsümə avqustun 21-də avrokubok iştirakçıları olan “Sumqayıt”la “Keşlə” arasındakı görüşlə start veriləcək. Həmin gün “Neftçi” “Səbail”i qəbul edəcək.
Turun mərkəzi qarşılaşması olan “Qarabağ”la “Sabah”ın dueli ayın 22-nə təsadüf edəcək. Ertəsi gün isə “Zirə” “Qəbələ”nin qonağı olacaq.
Qeyd edək ki, bütün oyunlar “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
I tur
21 avqust (cümə)
18:30. “Sumqayıt” – “Keşlə”
“Kapital Bank Arena”
20:30. “Neftçi” – “Səbail”
“Bakcell Arena”
22 avqust (şənbə)
20:00. “Qarabağ” – “Sabah”
“Azersun Arena”
23 avqust (bazar)
19:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu