22:38 12-08-2020
news_image
132
FUTBOL

İkinci transfer - "Qalatasaray"dan

"Qalatasaray" daha bir transferi açıqlayıb.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi "Sivasspor"un yarımmüdafiəçisi Əmrə Kılınçı heyətinə cəlb edib.

Sivas klubu ilə müqavilə müddəti başa çatdığı üçün "cim-bom"a pulsuz başa gələn 26 yaşlı cinah oyunçusu yeni komandası ilə 4 illik müqavilə imzalayıb. Bu müddətdə onun qazancı 36 milyon 850 min lirə təşkil edəcək. Əmrə ötən mövsüm Super Liqada keçirdiyi 28 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə verib.

Qeyd edək ki, "Qalatasaray" buna qədər "Rizəspor"dan Oğulcan Çağlayanı transfer edib.