22:51 12-08-2020
news_image
150
FUTBOL

Yığmaların məşqini izləyib - de Byazi

Azərbaycan millisinin yeni baş məşqçisi Canni de Byazi bu gün “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində olub.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, italiyalı mütəxəssis orada 19 və 17 yaşadək futbolçulardan ibarət yığmaların məşqini izləyib.

Qeyd edək ki, Canni de Byazi AFFA ilə il yarımlıq müqavilə bağlayıb.