23:44 12-08-2020
news_image
263
FUTBOL

Çempionlar Liqasında texniki məğlubiyyət – koronavirusa görə

UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin final oyunu ilə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu futbolçusu koronavirusa yoluxduğu üçün "Linfild"lə (Şimali İrlandiya) matça çıxa bilməyən "Drita"ya (Kosovo) texniki məğlubiyyət verib.

Hələ avqustun 7-də "Drita"da bir oyunçunun testinin cavabı pozitiv çıxmışdı. "Linfild"lə qarşılaşma öncəsi isə daha bir oyunçunun virusa yoluxduğu müəyyənləşdiyindən, qarşılaşma təxirə salınmışdı. UEFA İsveçrənin səhiyyə xidməti ilə birlikdə Kosovo təmsilçisini bütün komanda şəklində karantinə almaq qərarına gəlib.

Bu isə o deməkdir ki, "Linfild" I təsnifat mərhələsinə adlayıb və orada Varşava "Legiya"sına (Polşa) rəqib olub.