00:57 13-08-2020
news_image
439
FUTBOL

PSJ-dən əzmkar qələbə - YENİLƏNİB

Portuqaliyada Çempionlar Liqasının (ÇL) final mərhələsi start götürüb.

Apasport.az saytının məlumatına görə, bu gün 1/4 final mərhələsinin ilk oyunu baş tutub.

Bir matçdan ibarət olan ilk dueldə "Atalanta" ilə PSJ üz-üzə gəlib. İtaliyanın ÇL-dəki yeganə təmsilçisi "Atalanta" fransızlara da çətin anlar yaşadıb. Turnirin sürpriz komandası hətta qələbəyə də yaxın olub. Lakin "Atalanta" ilk hissədə hesabı açmasına baxmayaraq, üstünlüyü sona qədər qoruya bilməyib.

Markinyoş və Çupo-Motinqin 3 dəqiqə ərzində vurduğu qollarla PSJ nəinki məğlubiyyətdən qaçıb, hətta dramatik qələbə də qazanıb. Bununla İtaliyanın turnirdə təmsilçisi qalmayıb.

İlk yarımfinalçı olan PSJ-nin bu mərhələdəki rəqibi isə avqustun 13-də keçiriləcək "Leypsiq" - "Atletiko" (23:00) matçının qalibi olacaq.

Qeyd edək ki, PSJ tarixində ilk dəfə Çempionlar Liqasında yarımfinal oynayacaq. 

Çempionlar Liqası
1/4 final
12 avqust
23:00. “Atalanta” (İtaliya) – PSJ (Fransa) - 1:2

Qol: Pasaliç, 27 - Markinyoş, 90, Çupo-Motinq, 90+3
Baş hakim: Entoni Teylor (İngiltərə)
Lissabon. “Da Luş” stadionu