09:21 13-08-2020
news_image
210
FUTBOL

“Onlara “Qarabağ”ı düşünməyi qadağan etmişəm” – “Sileks”in baş məşqçisi

“Nə “Qarabağ”? Hazırda bütün diqqətimiz cümə günü “Pelister”lə keçiriləcək matça yönəlib”.

Apasport.az saytının məlumatına görə, bunu Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sileks”in baş məşqçisi Qoran Simov deyib.

Şimali Makedoniya klubunun çalışdırıcısı yerli mətbuata açıqlamasında hələlik Azərbaycan çempionu ilə matçı düşünmədiklərini söyləyib. O, hazırda yalnız ölkə çempionatının II turunda “Pelister”lə keçiriləcək ev oyununa kökləndiklərini vurğulayıb: “Kratovoda oynayacağıq və ilk turda “Belasika” üzərindəki 6:0 hesablı qələbədən sonra yalnız 3 xalı hədəfləyəcəyik. Buna görə də oyunçulara şənbə gününə qədər “Qarabağ” barədə düşünməyi qadağan etmişəm”.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.