09:49 13-08-2020
news_image
274
FUTBOL

Hakimləri açıqlandı - “Qarabağ” – “Sileks” matçının

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Sileks” oyununun hakimləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, UEFA qarşılaşmanı Ukraynadan olan hakimlər briqadasına həvalə edib.

Matçın baş hakimi Yaroslav Kozık olacaq. Ona yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək. Oyunun hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq. 

Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.