09:59 13-08-2020
news_image
79
FUTBOL

Estoniyalı hakimlərə qiymət verəcək – Asim Xudiyev

UEFA Hakim-inspektoru Asim Xudiyev növbəti təyinatını alıb.

Apasport.az saytının məlumatına görə, Xudiyev Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”su ilə “Tirana” arasında keçiriləcək matçda iş başında olacaq.

Xudiyev həmin görüşdə estoniyalı hakimlər briqadasının idarəçiliyinə qiymət verəcək. Oyunun baş hakimi Roomer Tarayev olacaq.

Qeyd edək ki, “Dinamo” – “Tirana” matçı avqustun 19-da keçiriləcək.