10:53 13-08-2020
news_image
96
FUTBOL

Azərbaycanla matça hazırdır – kiprli futbolçu

“Kipr millisinin yeni baş məşqçisində yaxşı xəbər olduğunu eşitdim. Yığmaya çağırılmaq mənim üçün şərəf olar”.

Apasport.az saytının məlumatına görə, bunu “Hibernian” klubunun müdafiəçisi Aleks Qoqiç deyib.

Millətlər Liqasının qrup mərhələsində Monteneqro və Azərbaycanla keçiriləcək oyunlarda Kipr yığmasına dəvət edilməsi gözlənilən 26 yaşlı futbolçu debütə hazır olduğunu söyləyib: “İndiyə qədər əsas milliyə çağırılmamışam. Hər bir futbolçu kimi, mən də ölkəmi təmsil etmək istəyirəm. Sentyabrdakı matçlara çağırılmağa hazıram, ən yaxşısını etməyə və zövq almağa çalışacağam”.

Qeyd edək ki, C liqasının 1-ci qrupunda yer alan Kipr yığması sentyabrın 5-də Monteneqronu, 8-də Azərbaycanı qəbul edəcək. Millimiz ilk oyununda isə sentyabrın 5-də Lüksemburqla Bakıda qarşılaşacaq.