00:58 14-08-2020
news_image
421
FUTBOL

“Leypsiq” “Atletiko”ya qalib gələrək yarımfinala yüksəldi - YENİLƏNİB

Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün mərhələnin ikinci oyunu baş tutub.

Turnirin sürpriz komandalarından "Leypsiq" daha təcrübəli “Atletiko” önünə çıxıb. Ölkə çempionatları bərpa olunduqdan sonra uğurlu çıxış edən komandaların duelindən almanlar qalib ayrılıb. İkinci hissənin əvvəllərində "Leypsiq" hesabı açsa da, 71-ci dəqiqədə ispanlar status-kvonu bərpa edib.

Lakin son dəqiqələrdə Tayler Adamsın qolu sayəsində "Leypsiq" sensasiyaya imza ataraq, Çempionlar Liqasının yarımfinalına yüksəlib. Yulian Naqelsmannın yetirmələri final yolunda Fransa çempionu PSJ ilə qarşılaşacaq. Bu oyun avqustun 18-də keçiriləcək.

Çempionlar Liqası
1/4 final
13 avqust
23:00. “Leypsiq” (Almaniya) – “Atletiko” (İspaniya) - 2:1
Qollar:
Olmo, 51, Adams, 88 - Feliks, 71 (pen.)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Lissabon. “Joze Alvelade” stadionu