11:42 13-08-2020
news_image
2828
FUTBOL

“Qarabağ”a satmadığı oyunçunu havayı buraxır – “Ştutqart”

Mövsüm başa çatdıqdan sonra “Qarabağ”dan ayrılan Ailton Silva müqavilə ilə məxsus olduğu “Ştutqart”da qalmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun baş məşqçisi Pelleqrino Mataratso deyib.

Çalışdırıcı bildirib ki, müdafiənin cinahlarında alternativ variantlar çoxdur və bu üzdən braziliyalı oyunçu yeni mövsümdə ona lazım olmayacaq. Transfer danışığı zamanı “Qarabağ”dan 1,5 milyon avro tələb edən Bundesliqa təmsilçisi artıq 800-900 min avroya da oyunçusunu buraxmağa razıdır. Ancaq hazırda yalnız “Aris” onunla maraqlanır ki, yunanlar da həmin məbləği ödəmək fikrində deyil.

Bundesliqaya yenicə vəsiqə qazanan “Ştutqart” müştəri tapa bilməsə, Ailtonu ya əvəzedici heyətə göndərəcək, ya da müqaviləsini pozaraq azad agent statusu verəcək.

Qeyd edək ki, Ailton Silva ötən mövsüm Azərbaycan Premyer Liqasında 15 oyunda iştirak edib, 1 qola imza atıb.