13:50 13-08-2020
news_image
183
FUTBOL

Macarıstan çempionatı Azərbaycana çatır – bizi izləyirlər

Macarıstan Yüksək Liqasında çıxış edən 12 komandadan 5-nin paytaxt Budapeştdə məskunlaşması azarkeşlər tərəfindən tənqidlə qarşılanır.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, macarlar bu baxımdan özlərini Azərbaycan Premyer Liqası ilə müqayisə ediblər.

Bildirilib ki, Avropada eyni şəhəri təmsil edən komanda sayının çoxluğuna görə, Macarıstan Azərbaycandan sonra ikinci sırada qərarlaşır. Budapeşt klubları çempionatın 42 faizini təşkil edirlərsə, Bakıda bu göstərici 88 faizlə ölçülüb. Hətta “Qarabağ”ın Ağdamı təmsil etməsinə baxmayaraq, paytaxtda məskunlaşması da vurğulanıb.

Böyük futbol ölkələri arasında isə İngiltərə öndədir. Premyer Liqanın 6 komandası rəqiblərini Londonda qəbul edir ki, bu da 30 faiz deməkdir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubdan 5-i – “Neftçi”, “Keşlə”, “Sabah”, “Səbail” və “Zirə” Bakını təmsil edir. Həmçinin “Qarabağ”ın da bazası paytaxtda yer alır. Yalnız “Sumqayıt” və “Qəbələ” ev oyunlarını doğma arenasında keçirir.